Badamdar sürüşmə zonasından xəbər var
Oktyabr ayında Badamdar qəsəbəsində sürüşmə zonası kimi tanınan ərazidə su və kanalizasiya sistemərinin yenidən qurulmasına başlanılacaq.
Bu barədə Oxu.Az-a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.
O bildirib ki, Badamdar qəsəbəsi, üçüncü massiv ərazisində həm su, həm də şəbəkələrinin tikintisi ilə bağlı layihələndirmə işlər yekunlaşıb:
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
“Ərazidə layihələndirmə işləri, demək olar ki, başa çatıb. Oktyabr ayında Badamdar qəsəbəsinin sürüşmə zonası ərazisində su və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılacaq. Layihəyə əsasən, ərazidə 23 km-ə yaxın kanalizasiya, 12 km-ə qədər isə su xətlərinin çəkilişi nəzərdə tutulub.
Kanalizasiya xətlərinin tikintisində 200-800 mm diametrli, su xətlərində isə diametri 225-63 mm-lik borulardan istifadə olunacaq. İşlərin yekununda ərazidə yerləşən evlərin hər birinə birləşmə veriləcək və sayğaclar quraşdırılacaq. Düşünürük ki, oktyabr ayında başlanacaq layihə 2020-ci ildə tam yekunlaşacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi