27.08.2018 - 20:02
Image result for Zeynəb Məmmədyarova
Gündəm 3 baxış

Bacısından Şəhriyara dəstək: “Onların hamısının sponsoru var”

Image result for Zeynəb Məmmədyarova

“Şəhriyarın iştirak etdiyi yarışlarda olan tanınmış şahmatçıların hamısının sponsoru var. O isə mütəmadi olaraq hər bir yarışda iştirak edir ki, dolanışığını təmin etsin”.

Bunu AzVision.az-a qrossmeyster Şəhriyar Məmmədyarovun bacısı, Azərbaycanın tanınmış şahmatçısı Zeynəb Məmmədyarova deyib.

Xanım şahmatçı bildirib ki, dövlət rəsmi yarışların hamısının ödənişini edir. “İl ərzində 1 və ya 2 yarış ola bilər. Amma Şəhriyar il ərzində bir çox yarışlarda iştirak edir. Bunlar dünya elitasına aid olanlardır. Nazirlik hesabına olan yarışlar olmadığı üçün ödəniş edilmir. Nazirlik yalnız rəsmi yarışlara ödəniş edir. Avropa, Dünya Çempionatı kimi yarışlara pul ayrılır. Burada isə söhbət sırf sponsor məsələsindən gedir. Hazırda ABŞ-da iştirak etdiyi yarışda olan şahmatçılara diqqət etsəniz, hamısı reklam loqosu olan geyimlərdədir. Onlar öz sponsorlarını reklam edirlər. Şəhriyarın isə belə bir sponsoru yoxdur. Orada dünyanın tanınmış şahmatçıları var və hamısının sponsoru var. Bir Şəhriyarda yoxdur. Əlbəttə, bu, dövlətdən asılı olan məsələ deyil. Özəl şirkətlər, firmalar olmalıdır”.

Qeyd edək ki, hazırda ABŞ-da Sinkfild Kuboku çərçivəsində keçirilən turnirdə iştirak edən Ş.Məmmədyarov sosial şəbəkə hesabında sponsorunun olmamasından şikayətlənib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: