Babək prospektində yol yenə çökdü - Video
Yeni təmirdən çıxmış Babək prospektində yenidən çökmə olub.
Minval.info xəbər verir ki, yolun bir hissəsində yaranan çökəklik bu yoldan istifadə edənlərə çətinliklər yaradır. Sürücülər məcbur olaraq ya avtomobili çökəkliyə salmalı olurar, ya da ani manevr etməklə qəza şəraiti yaradırlar.
Görüntülər bir neçə ay öncə təmir edilən Babək prospektindəndir.
ƏLAQƏLİ
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sürücülər deyir ki, yolda yaranan maneədən yayınmaq üçün əksər sürücü avtomobilini ani olaraq ya sağa sola çəkməli olur. Nəticədə isə digər sürücülər üçün real qəza şəraiti yaranır. Xüsusilə də axşam qaranlıq saatlarında çuxuru görmək daha çətin olur.
Məsələylə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət agentliyindən isə bildirilib ki,əraziyə baxış keçiriləcək və problem aradan qaldırılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?