Bələdiyyə sədri cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Elsevər Əzizov tərəfindən Kürdəmir rayonu, Sığırlı kəndi ərazisində tullantıların qalaqlanması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.
ETSN-in mətbuat xidmətindən Minval.info-ya verilən məlumata görə, araşdırma zamanı məişət tullantılarının sözügedən əraziyə qeyri-mütəşəkkil atıldığı və qanunvericiliyə uyğun idarə edilmədiyi aşkar edilib.
Faktla bağlı Sığırlı bələdiyyəsinin sədri Saleh Ağamalıyev barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub.
Tullantıların ərazidən təmizlənməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı, Göyçay və Yevlaxda elektrik kəsintisi olacaq
AMB-nin valyuta ehtiyatları rekord səviyyəyə çatdı
Azad edilmiş ərazilərdən 1706 hektar mina təmizləndi
Bakı-Quba yolunda aşan ağac hərəkəti çətinləşdirdi
Bakıda taksi qiymətləri niyə yüksəlib?
Azercell və ADA süni intellekt təlimini başa çatdırdı
Skuterlərin avtomobil yollarında hərəkəti qadağan olunsun!