AzTV-nin qalmaqallı əməkdaşı işdən çıxarıldı
AzTV-nin Xəbərlər redaksiyasının əməkdaşı Vəfa Ağabalayeva işdən çıxarılıb.
Məsələni dəqiqləşdirmək üçün AzTV-nin mətbuat xidmətinin rəhbəri Nərgiz Rəfiyeva ilə əlaqə saxladıq.
Məlumatı Bakupost.az -a təsdiqləyən N. Rəfiyeva bildirib ki, V. Ağabalayeva öz ərizəsi ilə işdən çıxıb.
Qeyd edək ki, Suriyada baş verən müharibə haqqında “İllüziya” adlı sənədli filmin ssenari müəllifi və rejissoru olan Vəfa Ağabalayeva mətbuatın gündəminə həm də qalmaqallı məhkəmə çəkişməsi ilə gəlib.
O, vaxtilə tanınmış telejurnalist Nadir Şəfiyevin oğlu Yusif Şəfiyev tərəfindən şantaj edilməsilə bağlı məhkəməyə müraciət edib.
Yusif Şəfiyev barəsində Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə cinayət işi açılıb və o, 7 il müddətinə həbs edilib.
Əlavə edək ki, bəzi məlumatlara görə, telejurnalistin işdən çıxarılmasına şəxsi həyatı ilə bağlı qalmaqal səbəb olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir