AzTV-nin daha bir əməkdaşı koronavirusdan vəfat etdi - FOTO
AzTV-nin daha bir əməkdaşı koronavirusdan vəfat edib.
Minval.info xəbər verir ki, televiziyanın Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru Əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev gecə saatlarında həyatla vidalaşıb.
Virusa yoluxan 53 yaşlı rejissor Tibb Universitetinin Tədris Terapevtik Klinikasında müalicə alırdı.
Xatırladaq ki, 1 iyul tarixində AzTV-nin İctimai-siyasi və analitik verilişlər departamentinin rejissoru Nemətzadə Samir də koronavirusdan vəfat edib. Samirin ölümü ilə bağlı AzTV-nin yaydığı məlumatda bildirilir ki, hazırda AzTV-nin daha 5 əməkdaşı xəstəxanada müalicə alır, 1 nəfər evə buraxılıb və onların səhhətində hər hansı ağırlaşma yoxdur.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir