Azərkimya-da modernizasiya: 95% hazırlıq tamamlandı
Azərkimya İstehsalat Birliyində istehsal gücünün artırılması ilə bağlı yeni layihələr planlaşdırılmasa da, modernizasiya və yenidənqurma işləri davam etdirilir. 2016–2021-ci illərdə həyata keçirilən layihələr çərçivəsində Azərkimya-nın istehsal imkanları SOCAR Polymer və müəssisənin daxili tələbatı nəzərə alınaraq artırılıb. Bu layihə nəticəsində etilen üzrə istehsal gücü 40 faiz, propilen üzrə isə 70 faiz artmışdır.
Minval.info xəbər verir ki, Azərkimya-nın proses üzrə direktor əvəzi Samir Səlimli hazırda aktiv mərhələdə olan yeni modernizasiya və yenidənqurma layihəsinin avtomatika və idarəetmə sistemlərinin yenilənməsini əhatə etdiyini bildirib. Mühəndislik fazasının 95 faiz tamamlandığını və növbəti ildən etibarən sahə işlərinə başlanacağını qeyd edib.
Azərkimya İstehsalat Birliyinin əsas məhsulları etilen və propilendir. Müəssisə bu məhsulları Avropa bazarına ixrac etməyi hədəfləyir və istehsal gücündən 85%-dən çox istifadə etməyi planlaşdırır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"