AB texnologiya nəhənglərinə vergi tətbiq etməyi planlaşdırır
Avropa Birliyi (AB) ilə üzv ölkələr arasında yeni büdcə təklifləri ətrafında müzakirələr davam edir. AB Komissiyasının ötən il 2028-2034-cü illər üçün 2 trilyon avroluq büdcə təklifi təqdim etməsindən sonra, üzv ölkələr bu büdcənin böyüklüyü ilə bağlı mübahisələr yaşayır. Almaniya, xüsusilə böyük kəsintilər edilməsini tələb edən ölkələr arasında öncülük edir.
Minval.info xəbər verir ki, Almaniya ötən ay yayımlanan və birliyin növbəti yeddi illik büdcəsində 140 milyard avro kəsinti edilməsini nəzərdə tutan təklifi tənqid etdi. Avropa Parlamenti (AP) deputatları isə bu kəsintilərin çox irəli getdiyini bildirərək çətin müzakirələrin işarəsini verdilər. Lakin, bundan əvvəl üzv ölkələrin öz aralarında razılığa gəlməsi zəruridir.
AP-də büdcə məsələsində əsas rol oynayan deputat Siegfried Muresan, üzv ölkələrin Parlamentin narahatlıqlarını nəzərə almamağa davam edəcəyi halda, xərcləmə planını dayandıracaqlarını xəbərdar etdi. Muresan, “Müzakirənin çox kəsintilərə yönəldiyini düşünürük” deyə əlavə etdi.
“Tutumlu” olaraq adlandırılan Almaniya və İsveç kimi ölkələr yeni vergilərə ehtiyatla yanaşır. İsveçin Avropa İşləri üzrə naziri Jessica Rosencrantz, “Bu, başqa bir yerdən alınan puldur və maliyyə balansını həll etməyəcək” deyə açıqlama verib. O, xərclərin azaldılmasının daha çox diqqət mərkəzində olmalı olduğunu vurğulayıb.
Digər tərəfdən, Fransa kimi büdcəyə böyük töhfə verən ölkələr, AB-nin artan problemlərlə başa çıxması üçün kifayət qədər resurslara ehtiyac duyduğunu bildirir. Eyni zamanda, cənub, mərkəzi və şərqi Avropadan 17 ölkə “Uyumun Dostları” adlı qrup yaradaraq, kənd təsərrüfatı və regional inkişaf üçün daha çox fond tələb edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması rəqabəti artırır
Azərbaycanlıların avtomobil seçimi dəyişir: hansı markalara maraq artır?
Avropa İttifaqı və İndoneziya arasında azad ticarət müqaviləsi imzalandı
PAŞA Holding COP-da iştirakının əhəmiyyətini açıqlayır
Lufthansa maliyyə itkiləri səbəbindən min işçini ixtisar edir
Bakıda söküntülər başlayır: torpaq və həyət evləri bahalaşacaq