21.11.2026 - 13:24
PAŞA Holding COP-da iştirakının əhəmiyyətini açıqlayır
İqtisadiyyat 263 baxış

PAŞA Holding COP-da iştirakının əhəmiyyətini açıqlayır

İqlim dəyişikliyi son dövrlərdə qlobal iqtisadiyyatın və maliyyə sisteminin əsas məsələlərindən birinə çevrilib. Bu dəyişikliklər enerji istehlakından tutmuş kapitalın istiqamətləndirilməsinə qədər bir çox sahədə yeni yanaşmalar tələb edir. Bizneslər yalnız mövcud çağırışlara uyğunlaşmaqla kifayətlənməli deyil, həm də gələcək iqtisadi transformasiyanın fəal iştirakçıları olmalıdırlar.

Minval.info xəbər verir ki, PAŞA Holding BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında (COP) artıq dördüncü ildir ki iştirak edir. Bu tədbir qlobal iqtisadi və biznes gündəliyinin formalaşdığı müzakirələrdə iştirak etməklə yanaşı, beynəlxalq təcrübəni öyrənmək və onu öz fəaliyyət sahələrinə uyğunlaşdırmaq imkanı yaradır.

PAŞA Holding, COP29-un Azərbaycanda əsas sponsorlarından biri olaraq, COP30-da Braziliyada və bu il Türkiyənin Antalya şəhərində keçirilən COP31-də iştirak edib. Holdingin iştirakının məqsədi iqlim dəyişikliyinin maliyyə sektoru üçün yaratdığı imkan və riskləri nəzərdən keçirməkdir.

Bank sektorunun yaşıl transformasiyanın maliyyələşdirilməsindəki rolu xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bankları, ölkənin aşağı karbonlu iqtisadiyyata keçidinə dəstək olaraq, 2030-cu ilədək 2 milyard manat vəsait ayırmağı öhdələrinə götürüblər. Bu, bankların ənənəvi kreditləşmədən daha geniş miqyasda fəaliyyət göstərməsini tələb edir.

PAŞA Bankın COP31-də iştirakı bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Bankın rəhbərliyi iqlim hədəflərinin real investisiya layihələrinə çevrilməsində maliyyə institutlarının rolunu və bankların bu prosesə erkən mərhələdən cəlb olunmasının vacibliyini vurğulamışdır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: