18.11.2026 - 13:24
Abşeronda ailə münaqişəsi qətlə səbəb oldu
Kriminal 250 baxış

Abşeronda ailə münaqişəsi qətlə səbəb oldu

Baku.ws-ın məlumatına görə, Abşeron rayonunda baş verən ailə münaqişəsi ağır cinayətə çevrilib. Hadisə rayonun Hökməli qəsəbəsində, “Qobu yolu” adlanan ərazidəki fərdi yaşayış evində baş verib.

Hökməli qəsəbə sakini Eltun Muradov həyat yoldaşını başqa kişi ilə yazışarkən tutduqdan sonra cütlük ayrılıb. Qadın valideynlərinin evinə köçsə də, üç azyaşlı övladı Eltunla qalıb. Qadının valideynləri uşaqları geri almaq üçün mübahisəyə başlayıblar.

Mübahisə zamanı qadının valideynləri Eltun Muradovun narkotik vasitə aludəçisi olduğunu iddia ediblər. Bu xəbərlərdən qəzəblənən Eltunun qardaşı Məhəmmədəli Muradov gecə saatlarında qayınatasının evinə hücum edib.

Məhəmmədəli özü ilə bıçaq və benzin gətirərək, qadının yatdığı otağa daxil olub. O, qadının üzərinə benzin tökərək od vurmaq istəyərkən qadın qışqıraraq valideynlərindən kömək istəyib. Səsə gələn qadının atası Miribrahim Seyidov Məhəmmədəli ilə qarşılaşıb və onu saxlamağa çalışıb.

Bunun nəticəsində Məhəmmədəli Miribrahimə bıçaqla bir neçə zərbə vuraraq onu qətlə yetirib. Polis əməkdaşları tərəfindən saxlanılan Məhəmmədəli Muradov məhkəmə qərarı ilə 19 il azadlıqdan məhrum edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: