31.10.2026 - 13:24
Yunan general Türkiyəni hədələdi: "Ehtiyac yaranarsa, yerindəcə cavab verəcəyik"
Dünya 162 baxış

Yunan general Türkiyəni hədələdi: "Ehtiyac yaranarsa, yerindəcə cavab verəcəyik"

Yunanıstan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Konstantinos Floros, ANT1 telekanalının canlı yayımında Türkiyəyə qarşı sərt bəyanatlarla çıxış edib. Oxu.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Floros, Yunanıstanın Türkiyəyə hərbi yolla cavab verməyə hazır olduğunu bildirib.

Floros, Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin BMT Təhlükəsizlik Şurasındakı çıxışını şərh edərək, onun Türkiyə ilə Liviya arasında dəniz səlahiyyətlərinin məhdudlaşdırılmasına dair müqaviləni tənqid etdiyini qeyd edib. Generalın sözlərinə görə, Mitsotakis Afina ilə Ankara arasındakı “qırmızı xətləri” beynəlxalq ictimaiyyətə müvəffəqiyyətlə çatdırıb.

Floros, Türkiyənin bölgədə artan gücünü vurğulayaraq, Ankaranın qəti mövqeyinə qarşı hədələyici sözlər səsləndirib: “Ankara mütəmadi olaraq öz qətiyyətini nümayiş etdirir. Lakin heç kimin şübhəsi olmasın: ehtiyac yaranarsa, biz elə yerindəcə elə cavab verəcəyik ki, onlar bunu başa düşəcəklər. Bunu da uğurla həyata keçirəcəyik”.

Qeyd edək ki, bu, sabiq generalın ilk belə bəyanatı deyil. Daha əvvəl Yunanıstanın “Proto Thema” qəzetinə müsahibəsində “Yunan torpağına ayaq basan hər kəsi əvvəlcə yandıracağıq, sonra kim olduqlarını soruşacağıq”, – deyə hədə-qorxu gəlmişdi.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: