30.09.2026 - 14:02
Azərbaycan və Slovakiya arasında məxfi informasiya mübadiləsi təsdiqləndi
Siyasət 3 baxış

Azərbaycan və Slovakiya arasında məxfi informasiya mübadiləsi təsdiqləndi

Azərbaycan Milli Məclisi, Azərbaycan və Slovakiya hökumətləri arasında məxfi məlumatların mübadiləsi haqqında sazişi təsdiqləyib. Bu addım, parlamentin payız sessiyasının ilk iclasında müzakirə olunub və qəbul edilib.

Minval.info xəbər verir ki, sazişin əsas məqsədi, tərəflər arasında və ya onların yurisdiksiyasına tabe olan müqavilə icraçıları arasında mübadilə edilən məxfi məlumatların mühafizəsini təmin etməkdir. Saziş 2026-cı il iyulun 8-də Bakı şəhərində imzalanıb.

Sazişə əsasən, məxfi məlumatlar Azərbaycan tərəfi üçün “xüsusi əhəmiyyətli”, “tam məxfi” və “məxfi” kimi dərəcələrdə təsnif edilir. Məxfi məlumatlara giriş yalnız xidmət zərurəti əsasında, təlimatlandırılmış və qəbul edən tərəfin milli qanunvericiliyinə uyğun olaraq müqavilə imzalamış şəxslərə verilir.

Məlumatın ötürülməsi prosesi isə yalnız səlahiyyətli təhlükəsizlik orqanlarının təsdiqlədiyi prosedurlara uyğun olaraq kriptoqrafik vasitələrlə həyata keçirilə bilər. Qəbul edən tərəf isə məlumatın qəbulunu yazılı şəkildə təsdiqləməlidir.

Səlahiyyətli təhlükəsizlik orqanları, məxfi məlumatın mühafizəsi ilə bağlı qanunvericilik, siyasət və təcrübələrdəki dəyişikliklər barədə bir-birini məlumatlandırmaq və sorğu əsasında bu dəyişikliklər haqqında məlumat vermək öhdəliyi daşıyırlar. Sazişin tətbiqi və ya şərhi ilə bağlı yaranan mübahisələr isə yalnız məsləhətləşmələr və danışıqlar yolu ilə həll ediləcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: