30.09.2026 - 08:40
Azərbaycan universitetlərinin THE reytinqindəki mövqeyi yüksəlib
İqtisadiyyat 4 baxış

Azərbaycan universitetlərinin THE reytinqindəki mövqeyi yüksəlib

“Times Higher Education” (THE) tərəfindən 2027-ci il üçün “Dünya universitetləri reytinqi”nin nəticələri açıqlanıb və Azərbaycan universitetlərinin bu reytinqdəki təmsilçiliyi artıb. Bu il reytinqdə 5 Azərbaycan universiteti yer alıb.

Minval.info xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) mövqeyini yaxşılaşdıraraq 801–1000 intervalından 701–800 intervalına yüksəlib. Bu, Azərbaycan universitetləri arasında ən yüksək göstəricidir. Digər tərəfdən, Bakı Dövlət Universiteti 1601–1800, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 1801–2000, Azərbaycan Texniki Universiteti isə 2001+ intervalında sıralanıb.

Reytinqdə mühüm yeniliklərdən biri də Azərbaycan Tibb Universitetinin (ATU) ilk dəfə olaraq sıralamada yer almasıdır. ATU, 2001+ intervalına daxil olub.

Ümumilikdə, 2027-ci il üzrə THE Dünya Universitetləri Reytinqinə 118 ölkədən 2 297 ali təhsil müəssisəsi daxil edilib ki, bu da ötən illə müqayisədə 4 faiz artım deməkdir. Builki reytinqdə sıralama formatında dəyişikliklər edilib, belə ki, ilk 300 universitet fərdi olaraq sıralanıb, sonrakı universitetlər isə daha kiçik intervallar üzrə qruplaşdırılıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: