AZAL: "Çinə uçan sərnişinlər aviabiletləri cərimə olunmadan qaytara bilərlər"
Çindəki epidemioloji vəziyyət səbəbindən “Azərbaycan Hava Yolları”nın 28 mart 2020-ci il tarixinədək yerinə yetirilən reyslərinə aviabilet əldə etmiş sərnişinlər uçuş tarixlərini dəyişdirə və yaxud aviabiletləri cərimə olunmadan geri qaytara biləcəklər.
AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət edə, onlayn alındığı təqdirdə isə müştəri xidmətləri ilə [email protected] elektron poçt ünvanı və yaxud saytımızdakı əks əlaqə forması vasitəsilə əlaqə saxlamaq olar: https://help.azal.az/hc/az/requests/new.
Qeyd edək ki, AZAL Bakı-Pekin-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsini müvəqqəti olaraq dayandırır. Bu, qeyd olunan ölkədə bayramlarla əlaqədar tələbatın aşağı düşməsi ilə izah olunur. Fevral ayından Çinin paytaxtına reyslər dayandırılacaq və martın 8-dən başlayaraq yenidən fəaliyyətə başlayacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda karantin rejimi 60 günədək uzadılacaq? - RƏSMİ
Yanvarın 29-na olan hava proqnozu açıqlanıb
Bakıda iş adamının oğurlanmasında suçlanan şəxs azadlığa çıxdı
AFFA-dan sərt qərar - “Neftçi”nin məşqçisinə 20 oyunluq cəza
Prezidentdən Gəncədə şəhid olan polislərlə bağlı SƏRƏNCAM
“Azərpoçt”un Salyan filialına yeni rəis təyin olunub