AZAL ABŞ-a uçuşları dayandırır
Azərbaycan Hava Yolları Şirkəti (AZAL) ABŞ-a uçuşları dayandırır.
Bu barədə modern.az AZAL-a istinadən xəbər yayıb.
Qeyd olunur ki, ABŞ-ın aviasiya sənayesi bazarındakı problemlərlə əlaqədar olaraq, Milli aviadaşıyıcı bu il təyyarə parkını artıra bilməyib: “Bu səbəbdən, AZAL aviaşirkətinin marşrut şəbəkəsində kommersiya cəhətdən ən rentabelli istiqamətlərin saxlanılması qərara alınıb. Bu istiqamətlər üzrə aviareyslər Heydər Əliyev Beynəlxalq Aeroportundan tranzit habı kimi istifadə olunması və ölkəmizə böyük turist axınının cəlb edilməsi üçün geniş imkanlar yaradacaq.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Yuxarıda sadalanan halları nəzərə alaraq, 2019-cu il oktyabr ayından etibarən Nyu-Yorka aviareyslərin dayandırılmasını məqsədəuyğun hesab etdik”.
Qeyd edək ki, 2016-cı ildən başlayaraq Azərbaycan və ABŞ arasında “Open Skies” (Açıq Səma) aviasiya sazişi qüvvədədir.
“Bu saziş hər iki ölkənin aviaşirkətlərinə ölkələr arasında qeyri-məhdud sayda uçuşlar həyata keçirməyə imkan verir. Ümid edirik ki, Amerika aviaşirkətləri bu imkandan faydalanacaq və Bakıya birbaşa aviareyslər açacaqlar”,-deyə AZAL-dan bildirilib.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var