"Azərişıq": Şuşa şəhərinin elektrik enerjisi ilə təminatı ilə bağlı işlər başa çatmaq üzrədir
Şuşa şəhərinin elektrik enerjisi ilə təminatı üzrə aparılan işlər başa çatmaq üzrədir.
“APA-Economics”in məlumatına görə bunu 10-cu Beynəlxalq “Caspian Energy Investment” Forumu və 5-ci Beynəlxalq “Caspian Business Award 2020” mükafatının təqdimetmə mərasimində çıxış edən “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib.
Qeyd edək ki, Şuşa şəhəri “Şükürbəyli” yarımstansiyasından qidalanmaqla elektrik enerjisi ilə təmin olunacaq.
A. Məmmədzadənin sözlərinə görə, Cəbrayıl şəhəri və Hadrut qəsəbəsi artıq elektrik enerjisi ilə təmin olunub: “Ümumilikdə, regionlar üzrə cari ildə 50-dən çox kənddə yenidənqurma işləri tamamlanıb və kəndlər elektrik enerjisi ilə təmin edilib. Hazırda innovativ həllərin mövcud paylayıcı şəbəkələrə inteqrasiyası həyata keçirilir. Pandemiya dövründə onlayn xidmətlər artıq şərtdir və məhz buna görə də rəqəmsallaşma platformasına bir neçə xidmətlər də əlavə olaraq köçürülməkdədir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?