К содержанию

“Azərişıq”: İşıqpulu bu cür ödəniləcək – Yeni qayda/Video

Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının Elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Fərmanına əsasən istifadə edilən elektrik enerjisi ilə bağlı “Azərişıq” ASC tərəfindən istehlakçılara verilən bildirişlər və ödənişlər elektron formada həyata keçiriləcək.

Bunu Teleqraf.com-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, istehlakçılar elektrik enerjisi borcunu “Azərişıq”ın mobil tətbiqi vasitəsi ilə ödəyə biləcəklər: “Beləliklə, istehlakçılar pandemiya dövründə bildirişləri sistem vasitəsilə risksiz əldə edəcək, habelə, ödənişləri onlayn qaydada, evdən çıxmadan bir toxunuşla həyata keçirmək imkanı qazanacaqlar. Elektron bildirişlər və enerji sərfiyyatına görə yaranan borclar elektron poçt və SMS vasitəsilə göndəriləcək. Sistem göndərdiyi məlumatları və bütün digər əməliyyatları insan faktoru olmadan avtomatik həyata keçirəcək. İstifadə olunan elektrik enerjisi sərfiyyatı və mövcud enerji borcu barədə bildiriş alaraq elektron ödəniş edə bilməyiniz üçün “Azərişıq” ASC-nin veb saytında “Bildiriş” bölməsinə daxil olaraq 15 rəqəmli abunəçi kodunuzu yazmağınız kifayətdir. Açılan pəncərədə şəxsi məlumatlarınız, cari sərfiyyatınız və borcunuz barədə məlumatları görə bilərsiniz. Bundan sonra mobil operatorunuzu, mobil nömrənizi və elektron poçt ünvanınızı daxil edərək “Yadda saxla” düyməsini seçib elektron bildiriş profilinizi yaratmış olursunuz. “Elektron bildiriş al” düyməsini seçərək, “Azərişıq” ASC-dən enerji borcunuz barədə bildiriş alaraq, enerji borcunuzu “Azərişıq” ASC-nin mobil tətbiqi vasitəsilə elektron qaydada həyata keçirə bilərsiniz. Bununla yanaşı, hər ayın enerji sərfiyyatı haqqında məlumat mobil nömrənizə SMS ilə göndəriləcəkdir. SMS-in sonunda qeyd olunan linkin üzərinə basaraq ödənişinizi asanlıqla həyata keçirə bilərsiniz. Eyni zamanda, azerishiq.az saytında istənilən şəxs qeydiyyatdan keçmədən bildiriş alaraq elektron ödəniş etmək imkanına malikdir. Sistemə bütün növ platformalardan və smartfonlardan daxil ola bilərsiniz”.

Tarix: 2020/04/09 11:48

Ölkə

Baxış sayı:

653

  Dostlarımızın xəbərləri

Digər xəbərlər

Polis yaralı qadını xəstəxanaya çatdırdı – Video + Fotolar

Xəzər rayonu Binə qəsəbəsində yaralı qadına ərazidə xidmət aparan Xəzər RPİ Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən

Bakıda 14 yaşlı qız itkin düşdü

İyunun 4-də Bakının Xətai rayonu, Bağırova küçəsi, 30/12 ünvanında yaşayan 14 yaşlı Ləman Mahmudova itkin düşüb.

Sabaha olan hava proqnozu açıqlandı

İstirahət günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən Minval.info-ya verilən məlumata görə, iyunun 7-də Bakıda və Abşeron yarımadasında

Bakının bu günü: həyat donub, səs-səmir yoxdur

Paytaxt sükuta qərq olub, qorxu filmlərindəki kabus şəhərlərə dönüb: nə bir səs-səmir var, nə ins-cins gözə dəyir.

Polis küçələrdə çağırış edir – Video

Polis əməkdaşları paytaxtda binaların həyətlərində avtomobillərlə dolaşaraq xüsusi səsgücləndiricilər vasitəsilə “evdəqal” çağırışı edir.

Şəxsi avtomobildə maskadan istifadə etməklə bağlı – Rəsmi açıqlama

Şəxsi avtomobildə maskadan istifadə etməməyə görə hər hansı inzibati məsuliyyət nəzərdə tutulmur.

Bu səhər işə başlayan çörək sexi bağlandı – Fotolar

Gəncə şəhərində sərtləşdirilmiş karantin rejiminin olmasına baxmayaraq şəhərin Nizami rayonunda çörək sexi fəaliyyətə başlayıb.  DİN-in mətbuat xidmətinin

Deputat internetlə bağlı problemdən danışdı

”Biz karantin dövründə provayderlər tərəfindən dayanıqlı internet görmədik. Tez-tez online əlaqə kəsilirdi”.

İki günlük qadağada zibil də atmaq olmaz – Rəsmi

Bu gün gecə saat 00:00-dan etibarən 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron