“Azərişıq”da yeni təyinatlar olub
“Azərişıq” ASC-nin bir sıra region rəislərinin yerləri dəyişdirilib. “Report” xəbər verir ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) rəisi Ülvi Həsənov tutduğu vəzifədən azad edilərək Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) rəis təyin edilib.
Məlumata görə, Yasamal RETSİ-nin rəisi Abbas Quliyev vəzifəsindən azad edilərək Səbail RETSİ-nə, Səbail RETSİ-nin rəisi Məhəmmədəli Məmmədov Nizami RETSİ-nə, Nizami RETSİ-nin rəisi Ələsgər Bədəlov Sabunçu rayon ETSİ-yə, Sabunçu RETSİ-nin rəisi Paşa Əliyev Biləcəri ETSİ-nə rəis gətirilib.
“Azərişığ”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev qeyd edilən təyinatları “Report”a təsdiq edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
