Azərindən Türkiyənin məşhur şousunda teleaparıcıya sərt reaksiya: "Azəri deməyin..." - VİDEO
Türkiyədə kifayət qədər tanınan müğənni Azərin qonaq olduğu Okan Bayülgenin “Muhabbet Kralı” verilişində qəzəblənib.
Publika.az xəbər verir ki, buna səbəb verilişdə Bayülgenin “Azəri türkcəsi” deməsi olub. Hövsələdən çıxan Azərin aparıcının sözlərinə düzəliş edib: “Azəri deməyin, Azərbaycan türkcəsi deyin. Bu siyasi bir şəcərədir. Başqa sözlə, siyasi qüvvələrin bizi idarə və bölmək üçün istifadə etdiyi bir üsuldur. Bir ağacın budaqlarını düşünün: Qazax, qırğız, özbək, azərbaycan və türkmən… Hindlilərin də dilində bir çox türk sözləri var. Dünya siyasəti bizi bir-birimizdən ayırdığı üçün coğrafiyamızın adını daşıyırdıq. Azərbaycan xalqı azərbaycanlıdır, amma azəri sözü ilə heç bir əlaqəmiz yoxdur. Biz türkük, dilimiz də türk dilidir”.
Qeyd edək ki, verilişdə yaşanan bu olay Türkiyənin bir çox media orqanlarında işıqlandırılıb. Həmyerlimizin vətəninə qarşı göstərdiyi həssaslıq alqışlanıb.
https://www.youtube.com/watch?v=IgO2Y2fPYPM&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir