“Azərenerji”dən pomidor açıqlaması: "Bunun nəyi pisdir ki?"
Bəzi saytlarda “Azərenerji” rəhbərliyinin əməkdaşlarına bayram pulunun əvəzinə yeşiklə pomidor verilməsi ilə bağlı məlumat yayılıb.
“Qafqazinfo”nun sorğusuna cabab olaraq, “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev bildirib ki, 2018-ci ilin sentyabr ayında “Azərenerji” rəhbərliyində kadr islahatı aparıldıqdan sonra əməkdaşların məvacibi 30 faizə qədər artırılıb.
“Bayram pulu məsələsinə gəldikdə, əmək müqaviləsində “bayram pulu” deyə bir anlayış yoxdur. Amma buna baxmayaraq, bayramlarda Səhmdar Cəmiyyətin daxili imkanları hesabına bütün əməkdaşlara bayram münasibəti ilə birdəfəlik pul mükafatı verilir və bu bayram ilə bağlı da pul mükafatı verilib. Pomidor paylanması məsələsinə gəldikdə isə burada pis olan nə var ki? “Azərenerji” İstilik Elektrik Stansiyaları var və orada elektrik enerjisi istehsal olunarkən yaranan istilikdən faydalanmağın nəyi pisdir? Onsuz da həmin istilik alınır və onu boşuna havaya buraxmaqdansa, istixanalara yönəldib pomidor yetişdirmək və sonra da onu işçilərə paylamaq sizcə pis haldır? “Azərenerji” daxili imkanlardan faydalı istifadə edib yetişdirilən məhsulu bazara çıxarıb satmır ki, təmənnasız işçilərinə paylayır. Niyə buna belə mənfi don geyindirirlər”, – deyə Abdullayev qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dövlət xəstəxanalarında hələ də pul tələb edilir? - VİDEO
Leysan yağacağı, dolu düşəcəyi gözlənilir
Bakıda yanğın: Təxliyə edilənlər var
"Bakı bayram libasına bürünüb" - VİDEO
Nazirlik: Bakıda daha bir ərazidən ağaclar köçürüləcək
İlham Əliyev prokurorluqla bağlı fərman imzaladı
Oksfordu bitirən tanınmış ekspert 5 ildir işsizdir: “Taksi sürəcəm”