10.03.2018 - 12:02
Maraqlı
21 baxış
Azərbaycanlı tələbələrdən unikal ixtira - VİDEO

Azərbaycanlı tələbələr İKT sahəsində daha bir yeniliyə imza atıblar.
Minval.İnfo-nun məlumatına görə, çantanın içinə müxtəlif elektrik cihazları qoyulur və onlar enerji yığır.
Əşya kənardan adi bel çantasına bənzəyir. Əslində isə, çoxfunksialı enerji yığıcı və ötürücü bir vasitədir. İdeyanı Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin startap məktəbində çalışan Nihad Quliyev fikirləşib. Onun sözlərinə görə, ilk dəfə belə bir çantaya ehtiyacı olduğunu əsgərlikdə olan zaman hiss edib. O, daha sonra komandası ilə birlikdə çalışaraq belə bir unikal əşyanı ərsəyə gətirib. 4 növ alternativ enerji yığan bu çantanın ən maraqlı xüsusiyyətlərindən biri də günəşdən və əl hərəkətindən enerji yığmasıdır.
Bu qeyri-adi gurğudan həm hərbi sahədə, həm də uzun səyahətlər zamanı istifadə etmək olar. Qeyri-adi çanta daxili batareyalar vasitəsilə 48 saat ərzində enerjini saxlaya bilir. Artıq galan enerjini isə “powerbank” adlı sistem vasitəsilə saxlayıb, daha sonra isə istifadə etmək olur. Bu qurğunun daha bir özəlliyi isə kənar müdaxilələrə qarşı signalizasiya ilə təmin edilməsidir.
Çantada təhlükəsizlik baxımından maraqlı bir funksiya da mövcudddur. Belə ki, gecə vaxtı arxadan gələn sürücülərə xəbərdarlıq etmək məqsədi ilə işıq saçan fanarlarla da təmin olunub.
Layihəni Azərbaycan Dövlət Neft və Sənayə Universiteti maliyyələşdirir. İsrail və Ukraynadan olan mütəxəssislər də bu yeni layihəyə dəstək verirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
06.10.2026 - 19:29
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
06.10.2026 - 16:34
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
06.10.2026 - 11:33
Dağıstanda keçi sürücüyə qisas aldı
04.10.2026 - 16:44
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
03.10.2026 - 16:07
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir
03.10.2026 - 09:28
Kanadada 51 il əvvəl itirilmiş pul kisəsi sahibinə geri qaytarıldı
01.10.2026 - 19:40