Azərbaycanlı səfirə yeni vəzifə verildi
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İdarə Heyəti İsveçin Avstriyadakı səfiri Mikael Kumlin Qraniti sədr seçib.
“Qafqazinfo”nun “Kommersant” nəşrinə istinadən verdiyi xəbərə görə, o, 23 sentyabrdan etibarən bir il ərzində bu vəzifəni icra edəcək. Onun təyinatına qədər bu postda İordaniya səfiri Lina əl-Hədid olub.
Qeyd olunur ki, Mikaela Qranit peşəkar diplomatdır, İsveçin təkcə MAQATE-də deyil, BMT-də, eləcə də Vyanadakı digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəsidir. Xanım Qranit, həmçinin İsveçi Avstriya, Slovakiya və Sloveniyada təmsil edir.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
İdarə Heyətinin sədr müavinləri isə Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov və Misirin Avstriyadakı səfiri Ömər Amer Yusif olub.
Bundan əlavə, iclasda 35 üzvdən ibarət olan 11 yeni dövlət-şura üzvü təsdiq edilib. Bura Estoniya, Qana, Yunanıstan, Macarıstan, Küveyt, Monqolustan, Nigeriya, Norveç, Panama, Paraqvay və Səudiyyə Ərəbistanı daxildir.
Bildirilir ki, MAQATE yaxın vaxtlarda yeni baş direktoru seçəcək. O, 2020-ci il 1 yanvardan gec olmadan vəzifəyə başlamalıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi