Azərbaycanlı pianoçu traktorun üstündə konsert verdi - Fotolar
Azərbaycanlı pianoçu Tofiq Şıxıyev Türkiyənin Çorum bölgəsində konsert proqramı ilə çıxış edib.
Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, tədbir Mustafa Kamal Atatürkün işğalçılara qarşı milli mücadiləni başlatmaq üçün Samsuna səfərinin 100 illiyi münasibətilə təşkil olunub.
Şıxıyev 300 illik tarixi dəyirmanın önündə baş tutan konsertə traktor qoşqusunun üstündə gəlib və pianoda konsert verib. Pianoçunun konserti maraqla qarşılanıb.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"
Qeyd edək ki, Tofiq Şıxıyev Nazim Əliverdibəyov adına ifaçıların V Musiqi Müsabiqəsində II yerə, Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş I Beynəlxalq İfaçılıq Müsabiqəsində “Qran-Pri” mükafatına, Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunmuş “Rodniki duşi” musiqi müsabiqəsində I yerə layiq görülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir

