01.04.2019 - 19:37
Hadisə
2 baxış
Azərbaycanlı oliqarxın oğlu rus müğənnini döydü - VİDEO

Rusiyanın tanınmış “Faktor-2” qrupunun solisti İlya Podstrelov“Instagram”da video paylaşaraq bir nəfər tərəfindən hücuma məruz qaldığını bildirib.
Minval.İnfo “Qafqazinfo”ya istinadən xəbər verir ki, müğənninin sosial şəbəkədə yerləşdirdiyi videoda naməlum şəxsin ona zərbələr endirdiyi görünür.
Əksər Rusiya KİV-ləri iddia edib ki, İlyanı döyən şəxs qondarma Donetsk Xalq Demokratik Respublikasında Azərbaycan diasporunun keçmiş rəhbəri Malik Pirverdiyevin oğlu Camal (Coni) Pirverdiyevdir.
Lakin “Life.ru” saytı araşdırma apararaq hücum edən şəxsin Camal yox, Ceyhun Pirverdiyev olduğunu müəyyənləşdirib. Ceyhun azərbaycanlı biznesmen, stomotoloji klinikalar şəbəkəsinin rəhbərinin oğludur. O, bloqqer və müğənnilik peşəsi ilə məşğuldur.
İddia olunur ki, Ceyhun qrup üzvünün çıxış etdiyi restoranda dostu ilə nahar edib. Bu zaman İlya həmkarı Jerri ilə birgə qadına şiddəti təbliğ edən mahnı səsləndirib. Bu, oliqarx oğlunun xoşuna gəlməyib və ifaçının səhnə çıxışından sonra otağına gedərək onu döyüb.
Qeyd olunub ki, davada Ceyhunun özü də zədə alıb. İlya isə qarşı tərəfi məhkəməyə verməyə hazırlaşır.

Ceyhun Priverdiyev



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Masallıda mal-qara oğruları saxlanılıb
23.08.2021 - 12:01
Bakı polisi əməliyyat keçirdi: “Azərpoçt”un xanım əməkdaşları tutuldu
18.05.2020 - 10:43
Hərbi xidmətdən qayıdan gənci “tok” vurdu
27.07.2019 - 22:04
58 yaşlı kişi özünü körpüdən Kürə atdı
06.10.2021 - 16:51
Bakıda it dişləyən dördüncü sinif şagirdi öldü
25.01.2020 - 13:40
Metroda azyaşlı uşaqlar oğuranıb? - DİN-dən açıqlama
07.12.2019 - 17:30
Bakıda homoseksuallar onlara siqaret verməyən gənci döydülər
22.08.2019 - 14:47
Zaqatalada zəlzələ olub
07.12.2021 - 12:50