Azərbaycanlı nazirlər stolüstü tennis oynadılar - FOTO
Bu gün Bakı İdman Sarayında gənclər və idman naziri Azad Rəhimov və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev martın 14-22-də BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçiriləcək Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarına hazırlaşan atletlərimizlə görüşüb.
Nazir Azad Rəhimov Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında dünyanın 170-dən artıq ölkəsini təmsil edən yeddi mindən artıq xüsusi olimpiya idmançısının iştirak edəcəyini deyib. Nazir yarışlarda Azərbaycanı 56 idmançının on idman növündə təmsil edəcəyini bildirib. Daha sonra hər iki nazir stolüstü tennis oynayıblar.
Məlumat üçün bildirək ki, ilk dəfə Xüsusi Yay Olimpiya Oyunları 1968-ci ildə Çikaqoda (ABŞ) keçirilib. Xüsusi Olimpiya Təşkilatı tərəfindən təşkil olunan bu oyunlar əqli əlillikləri olan insanların öz atletik bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması üçün təşkil olunan qlobal inklüzivlik hərəkatıdır.
Ölkəmizdəki xüsusi olimpiya atletlərinin də həmin oyunlarda iştirakı təşkil edilir. Ötən dövrdə idmançılarımız ABŞ-ın Los Anceles şəhərində Xüsusi Olimpiya Oyunlarında atletika, badminton, cüdo, stolüstü tennis, pauerliftinq və üzgüçülük növlərində uğurlu nəticələr göstərərək ölkəmizə 24, o cümlədən səkkiz qızıl, 11 gümüş və beş bürünc medalla qayıdıb. oxu.az







Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu ölkənin prezidenti aclıq aksiyasına hazırlaşır
Azərbaycanda bir əsrdən çox yaşamış nənənin həyat sirri - FOTO
“TRT SPOR” yeniyetmə azərbaycanlı Rəsul haqqında süjet hazırladı - VİDEO
İsa peyğəmbərin möcüzəsini təkrarlamaq istədi: Parça-parça oldu
Şamaxıda vulkan püskürdü (VİDEO)
Dünyanın ən təmizkar aviaşirkətinin adı açıqlanıb