Azərbaycanlı məktəblilər kaliforniyada dünya səhnəsində: 6-cı və 9-cu yerlər bizim!
Azərbaycanlı məktəblilər ABŞ-nin Kaliforniya ştatının Anahaym şəhərində təşkil edilən “Microsoft Office Specialist (MOS) World Championship” yarışının final mərhələsində uğurla iştirak ediblər.
Minval.info xəbər verir ki, Gənclər və İdman Nazirliyinin verdiyi məlumata əsasən, bu beynəlxalq müsabiqədə 42 ölkədən 300-dən çox iştirakçı yarışıb. Azərbaycanlı iştirakçılardan Hüseyn Şükürov 6-cı, Nəzrin Miriyeva isə 9-cu yeri tutaraq böyük uğur qazanıblar.
“Microsoft Office Specialist (MOS) World Championship” müsabiqəsi, müxtəlif ölkələrdən olan şagird və tələbələrin Microsoft Office proqramlarından istifadə bacarıqlarını qiymətləndirmək məqsədilə keçirilən nüfuzlu bir tədbirdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026