Azərbaycanlı jurnalist Almaniyadakı seçkilərdə iştirak edəcək
Almaniyada yaşayan jurnalist Tünzalə Rafiqqızı Mönxenqladbax şəhərində keçiriləcək “İnteqrasiya Şurası” seçkilərində iştirak edəcək.
Bu barədə Xeber.de-yə jurnalist özü məlumat verib. Onun sözlərinə görə, yaşadığı Mönxenqladbax şəhərində sentyabrın 13-də keçiriləcək seçkilərə hazırlıqlar tamamlanıb:
““İnteqrasiya Şurası” seçkilərinə biz 17 nəfərdən ibarət “Sərhədsiz cəmiyyət” adlı komanda ilə gedirik. “İnteqrasiya Şurası” xarici vətəndaşların haqq və hüquqlarını müdafiə edən bir qurumdur. Almaniyada yaşayan əcnəbilərin hansı sahələrdə əziyyət çəkməyindən aslı olmayaraq bu platformada bütün gücümüzlə onlara yardım edəcəyik. Məsələn, xarici vətəndaşların dövlət qurumlarında əziyyət çəkdikləri irqçi rəftar və münasibətlər, uşaqlarımızın təhsil müəssisələrində üzləşdikləri problemlər və s. Heç bir partiya və ya qurumla əlaqəsi olmayan müstəqil siyahı yaratmağa diqqət yetirdik. Heç bir qurumun və ya siyasi partiyanın təsiri və ya müdaxiləsinin olmasını istəmirdik. Namizəd olan dostlarımız da fərqli inanc sahibi, fərqli millətlərin nümayəndələridir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir