Azərbaycanlı iş adamlarından prezident İlham Əliyevin təşəbbüsünə növbəti dəstək: Bakıya 10 təcili yardım maşını hədiyyə etdilər
“Kiyevskaya ploşad” Şirkətinin təsisçiləri – hüquq elmləri doktoru, professor İlham Rəhimov, Qod Nisanov və Zarah İliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin koronavirusla mübarizə çağırışına növbəti dəfə dəstək veriblər. Belə ki, azərbaycanlı milyarderlər Bakıya 10 təcili yardım maşını hədiyyə ediblər.
Musavat.com xəbər verir ki, Bakıya xüsusi reyslə gətirilən təcili yardım maşınları koronavirusla mübarizədə TƏBİB-in maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə həmin qurumun istifadəsinə verilib.
Xatırladaq ki, ötən ay professor İlham Rəhimov, Qod Nisanov və Zarah İliyev Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat vəsait köçürüblər.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
