Sosial şəbəkədə “Pantural” adı ilə tanınan azərbaycanlı bloger İnstaqramda video paylaşaraq qadınları təhqir edib.

Axşam.az xəbər verir ki, 70 mindən çox izləyicisi olan istifadəçi qadın zorakılğını dəstəkləyib. O, kişilərə səslənərək açıq geyinən qadınlara qarşı zorakılıq törətmələrini deyib. O bildirib ki, açıq geyinən qadınlar narahatlıq yaradır.

“Elə qadınlar var ki, onlar buna şərait yaradır. Elə geyim geyinirlər ki, istəyirsən keçəndə vurasan onu. Qayıdıb sənə nəsə deyəndə, cavab verəsən ki, göstərirsən vururam. Yaxşı edirəm, kor gəzməliyəm?” deyə, bloger videoda söyləyib.

“Pantural” daha sonra “harada açıq-saçıq q…..q gördüz, zorlayın, adlı çağırış edirəm” deyərək, izləyicilərinə səslənib.

Onun bu sözləri müzakirələr və tənqidlərə səbəb olub. Bloger daha sonra yenidən video yayımlayaraq, üzr istəməyəcəyini söyləyib və daha da təhqiramiz fikirlər işlədib:

“Bir qrup insanlar var ki, görəndə belə danışıram… Demirəm, ətək, şortik geyinməsinlər. Sadəcə ora-burasını açıb qoyanlardan danışıram. Əsəb, qıcıq verir insana. Hər şey qadının ətəyindən başlayır. Dalbadal mənə yazıb, paylaşırlar. Onları “qara siyahıya” atıram. Gözləyirlər üzr istəyim, videonu pozum. Etməyəcəm. Dediklərim normaldır”.