Azərbaycanlı aktyor Rusiyanın Xalq artistinin oğludur? - Fotolar
19 yaşlı azərbaycanlı aktyor – Timur Zaur oğlu Əkbərov özünü Rusiyanın məşhur balet artisti, Xalq artisti Nikolay Tsiskaridzenin oğlu adlandırır.
“Qafqazinfo”nun “Komsomolskaya pravda”ya istinadən məlumatına görə, Timur məşhur rəqqasın oğlu olduğunu sübut etmək üçün DNT analizi verməyə də hazır olduğunu açıqlayıb.
“Sən məni niyə atdın? Niyə? Səninlə görüşdükdə ən əsas sualıma cavab eşitmək istəyirəm! Mən ağlayıram, daha belə yaşaya bilmirəm”, – 19 yaşlı Timur deyib.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"

Nikolay Tsiskaridze və Timur Əkbərov
Gənc oğlan Tsiskaridze ilə doğmalıq əlaqəsini sübut etməkdə qətiyyətlidir: “Sən çox yaxşı bilirdin və bilirsən ki, sənin oğlun var! Bəli, mən səndən çox incimişəm, amma bütün bunlara baxmayaraq, çox şadam ki, atam var”.
“Mən kasıb azərbaycanlı ailəsində doğulmuşam. Anam varlı evlərdə özgə uşaqlara dayəlik edir və kottec sahiblərinə təsərrüfat işlərində kömək edir. Uşaqlıqdan valideyn sevgisinin nə olduğunu bilməmişəm – anam mənə soyuq yanaşır, atam isə hətta doğulduğum haqda bilmir”, – Timur bildirib.

Nikolay Tsiskaridze
Gənc oğlanın sözlərinə görə, Nikolay Tsiskaridze onun anası ilə sonuncunun artistin evində teatr kostyumlarını ütüləyərkən tanış olub. Onların arasında hisslər oyanıb, sevgi münasibətlərinin nəticəsi isə balaca Timurun dünyaya gəlməsi olub.
Məsələ ilə bağlı “Komsolomolskaya pravda”nın əməkdaşları Tsiskaridzenin köməkçisi ilə əlaqə saxlayıb. O, zəngin səbəbini öyrəndikdən sonra bir xeyli gülüb. Xalq artisti isə danışmaqdan imtina edib və lakonik cavab verib: “Yox!”.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir