Azərbaycanın tanınmış həkimi: "Homoseksuallar öz bildiyini etmək haqqına sahibdir"
“Bir sələfi də öz inancına uyğun yaşamaq, bir homoseksual da öz zadı ilə bildiyini etmək haqqına sahibdir”.
Minval.info xəbər verir ki, tanınmış doktor Vasif İsmayıl qalmaqala yol açacaq fikirlər bildirib. Onun qeyd etdikləri ilə bəziləri razılaşsa da, narazı qalanlar da olub.
Həkimin sözlərinə görə, insanın millətini müəyyənləşdirən qan mövcud deyil: “Elm belə bir gen bilmir. İngilis, fransız, türk, ləzgi geni yoxdur…”
V.İsmayıl eyni zamanda bildirib ki, kürən saç və yaşıl gözülülüyün genləri var:
“İnsan davranış modellərinin genetik əsası əlbəttə vardır. Amma davranış modelimizi biz azərbaycanlılar da özəlləşdirə bilmərik, zira eyni davranışı italyan da, elə gürcü də, balkar da göstərir”.
Həkimin sözlərinə görə, bir millət özünə, başqa millətə, insanlığa xidmət edən 3 tip insan yetişdirə bilər: “Üzeyir Hacıbəyli azərbaycanlıya xidmət edirdi. Nizami Gəncəvi farsa xidmət edirdi. Daha doğrusu, fars dilinə və mədəniyyətinə. Qara Qarayev, Lütfi Zadə isə bütün insanlığa. Amma hamısı bizimdir”.
Vasif bəy əlavə edib ki, hər millətin, hər xalqın, düşüncənin, orientasiyanın, dini inancın eynilə insan kimi yaşama və inkişaf etmə haqqı var: “Əgər bir türk öz dilində danışmaq, video zad çəkmək haqqına sahibsə, bir sələfi də öz inancına uyğun yaşamaq, bir homoseksual da öz zadı ilə bildiyini etmək haqqına sahibdir. Yetər ki, kimsə kimsəyə mane olmasın, nifrət aşılamasın. Başqasına zərər vermədiyin müddətcə azadsan”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qasli İtaliya Qran-prisində ilk təsnifat qələbəsini qazandı
Maliyyə Nazirliyinin borclanma strategiyası: Niyə?
Bakıda 'IRONMAN 70.3' triatlon həyəcanı yaşandı
Goranboyda məktəbin sanitar qovşağı dağıdıldı!
Binə Atçılıq Mərkəzində cıdır mövsümü sona çatdı
Bakıda küləkli hava: Sarı və narıncı xəbərdarlıq
Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazandı