Azərbaycanın Qərb bölgəsinə leysan yağış yağıb, dolu düşüb
Azərbaycanın Qərb bölgəsinə leysan yağış yağıb, dolu düşüb.
“Report”un məlumatına görə, günorta saatlarından başlayaraq Gəncə şəhəri, Daşkəsən, Göygöl, Şəmkir, Samux, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonunda güclü küləklə müşahidə olunan leysan yağış yağıb. Bununla yanaşı, Gəncə, Göygöl, Gədəbəy rayonlarına dolu düşüb. Təbii hadisə zamanı kənd təsərrüfatına, o cümlədən meyvə ağaclarına ziyan dəyib. Leysan yağışlar nəticəsində Gəncə şəhərində yollarda yaranmış sel suları avtomobillərin hərəkətində qismən çətinliklər yaradıb.
Tovuz, Ağstafa, Qazax rayonuna yağan güclü yağış səbəbindən Bakı-Qazax avtomagistral yolunun bu ərazidən keçən hissəsində nəqliyyat vasitələrinin hərəkətində qismən çətinliklər ortaya çıxıb.
Günorta saatlarında güclü yağış səbəbindən Göygöl rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Hazırda bölgədə şimşək çaxır, güclü külək əsir, yağıntılı hava şəraiti davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahın havası - Küləkli olacaq
Bakı metrosunda həyəcan — Qatar tuneldə qaldı
Azərbaycan çaylarında daşqın gözlənilir - XƏBƏRDARLIQ
TƏBİB rəsmisi: “Maskasız həyat tərzimiz olmayacaq”
Prezident İlham Əliyev Xocalı abidəsini ziyarət edib
Keçmiş nazirin kürəkəni işdən çıxarıldı