Azərbaycanın nəqliyyat sistemində ödənişlər bank kartları ilə aparılacaq?
Hazırda nəqliyyat sistemində ödənişlərin bank kartları vasitəsilə həyata keçirilməsi üçün Azərbaycanda olan müvafiq qurumlarla danışıqlar aparılır.
“Report” xəbər verir ki, bunu jurnalsitlərə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov deyib.
F.Osmanovun sözlərinə görə, bu sistemin 2020-ci ilin sonuna qədər işə düşməsi mümkündür: “2018-2020-ci illərdə ödəniş sistemlərinin genişləndirilməsi və təşviqi üzrə Dövlət Proqramı” çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC ilə layihənin icrasına başlamağı düşünürük. Hazırda bu istiqamətdə iş həyata keçirilir. Yəni dəmiryolu şəbəkəsində ödəmələr bank kartları vasitəsilə olacaq. Biz həmçinin digər qurumlarla da işlər görürük ki, bu sistemi onlarla da tətbiq edə bilək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?