“Azərbaycanın ilk adı Hatarbaadda olub” — Tarixçidən AÇIQLAMA

Bu, Qızıl Özən çayı ətrafındakı torpaqlara verilən addır. “İlk dəfə Azərbaycan adı e.ə. VIII əsrə aid mixi yazılı bir kitabədə “Andirpatianu” şəklində qeydə alınıb və Qızıl Özən çayı ətrafındakı torpaqlara verilən addır”.
Minval.İnfo xəbər verir ki, bu fikirləri tarixçi Əkbər Nəcəf özünün Facebook səhifəsində yazıb.
O, bildirib ki, e.ə. 550-ci ildə Elam mətinlərində isə Azərbaycan adı “Ha-tar-ba-ad-da” şəklində yer alıb:
“Bu ad e.ə. IV əsrdə Atarapatakan şəklində keçir və eyni ad XIX əsrə qədər süryani mənbələrində dəyişmədən davam edib.
Siyasi-coğrafi bir ad olaraq “Atropatena” sözü Atropatena dövlətindən sonra ilk dəfə Eldənizlər Atabəyliyi dövründə istifadə edilib. Eldənizlərin rəsmi adı belə idi: Aran və Azərbaycan Atabəyləri.
Azərbaycan adı bir də 1918-ci ildə siyasi məfhum qazanıb”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sərhəd Qoşunlarının ilk generalı İsgəndər Allahverdiyev vəfat etdi
AZAL və Konservatoriyadan "Səmanın ritmi" müsabiqəsi
2027-ci ildə pensiyalar və maaşlar artırılacaq
Bakıda yeniyetmə oğul anasını bıçaqladı
Şərurlu doktor Avropa kral sülaləsi ilə qohum çıxdı
Üzeyir bəyin irsi: Milli musiqimizin təməli
Paşinyana xəbərdarlıq: Qərbi Azərbaycan təhlükəsi artır!