Sərhəd Qoşunlarının ilk generalı İsgəndər Allahverdiyev vəfat etdi
Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının ilk komandanı və ilk sərhədçi generalı İsgəndər İmanverdi oğlu Allahverdiyev dünyasını dəyişib.
Minval.info xəbər verir ki, İsgəndər Allahverdiyev 11 fevral 1947-ci ildə Bakı şəhərində doğulub. O, Azərbaycan dövlət sərhədinin mühafizəsi sisteminin formalaşmasında mühüm xidmətləri olan hərbçilərdən biri kimi tanınırdı.
İ.Allahverdiyev 1991-1992-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsinin sədri vəzifəsində çalışıb və 1992-ci ildə general-mayor ali hərbi rütbəsinə layiq görülüb. Həmin ildən etibarən Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini və Azərbaycan Sərhəd Qoşunlarının ilk komandanı kimi fəaliyyət göstərib. O, 1992-1994-cü illərdə bu vəzifədə Azərbaycan sərhəd xidmətinin təşəkkülü prosesində iştirak edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
AZAL və Konservatoriyadan "Səmanın ritmi" müsabiqəsi
2027-ci ildə pensiyalar və maaşlar artırılacaq
Bakıda yeniyetmə oğul anasını bıçaqladı
Şərurlu doktor Avropa kral sülaləsi ilə qohum çıxdı
Üzeyir bəyin irsi: Milli musiqimizin təməli
Paşinyana xəbərdarlıq: Qərbi Azərbaycan təhlükəsi artır!
Bakı xatirələri: Sevgi məktubu və ailə qaydaları