Azərbaycanın hərbi attaşeləri beynəlxalq əməkdaşlığın yeni yollarını müzakirə edir
Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən hərbi attaşeləri və nümayəndələri illik iclasda bir araya gəliblər. Toplantıda beynəlxalq hərbi əməkdaşlıq və hərbi diplomatiyanın inkişafı məsələləri ətraflı müzakirə olunub.
Minval.info xəbər verir ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Elçin Abdullayev iclasın açılışında çıxış edərək, hərbi diplomatiyanın inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
Görüşdə hərbi attaşelər və nümayəndələr ötən dövr ərzində həyata keçirilən fəaliyyətlər və aidiyyəti ölkələrlə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti barədə hesabatlar təqdim ediblər. Həmçinin, gələcək fəaliyyət istiqamətləri və beynəlxalq hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Tədbir çərçivəsində Müdafiə Nazirliyinin baş idarə və aidiyyəti dövlət qurumlarının nümayəndələri aktual mövzularla bağlı təqdimatlar keçiriblər. Daha sonra iştirakçılar Müdafiə Sənayesi Nazirliyinin “İqlim” Elmi-İstehsalat Müəssisəsini ziyarət edərək, müəssisənin istehsal imkanları və yenilikləri ilə tanış olublar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 50 milyon manata yeni qəsəbə tikilir
Prokurorluq orqanlarına qəbul imtahanının tarixi açıqlandı
Hacıqabulda bir neçə küçə əsaslı təmir olunacaq
Azərbaycanda yeni qəsəbənin inşasına başlanılır
Bakının Nəsimi rayonunda qaz təchizatında müvəqqəti fasilə olacaq
Səlim Müslümov Milli Aviasiya Akademiyasında dərs deyir