Azərbaycanın çempion klubu legionerlərdən imtina etdi

Futzal üzrə Azərbaycan Yüksək Liqasının qalibi “Araz” klubu legionerlərdən imtina edib.
Minval.İnfo “Report”-a istinadən xəbər verir ki, buna səbəb Naxçıvan təmsilçisinin strategiyasını dəyişməsidir. Braziliyalılar – Eduardo Borges, Everton Kardoso və Thiaqo Telez Bolinya, eləcə də iranlı Reza Toloue ilə vidaşalan “Araz”, bundan sonra yerli oyunçulara güvənəcək.
Braziliyalı Joze Alesio da Silvanın baş məşqçisi olduğu 13 qat Azərbaycan çempionu bundan sonra gənc azərbaycanlı futzalçılara üstünlük verəcək.
Qeyd edək ki, Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Araz” əsas mərhələdə “Luçenec” (Slovakiya), E və F qruplarının qalibi ilə 8-ci qrupda mübarizə aparacaq. Bu mərhələnin oyunları 2 – 7 oktyabrda Slovakiyada keçiriləcək.
E qrupunda “Veles” (Makedoniya), “Valleta” (Malta), “Futsamba Naas” (İrlandiya) və “Kosmos Tallin” (Estoniya), F qrupunda “Hovocobo” (Hollandiya), “Reading Futsal Klub” (İngiltərə), “Vytis” (Litva), “Murata” (San Marino) komandaları qüvvəsini sınayacaq. İlkin mərhələnin matçları 28 avqust – 2 sentyabrda baş tutacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah ÇL tarixində: 11 ölkədən 11 futbolçu!
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4
Nişanlısı Coşqunun faciəsini göz yaşları ilə danışdı
Sabah "Old Trafford"da tarixi imtahana çıxır
Nizami City: Şəhərin mərkəzində yeni həyat ünvanı
Messi və Ronaldu eyni komandada oynayacaq!
Tibb müəssisələrində onlayn növbə sistemi genişlənir