Azərbaycanın bu yerində “Kamaz”ı olmayana qız verilmir” – VİDEO

Bu qəsəbədə demək olar ki, hər həyətdə Kamaz var.
Söhbət Qaradağ rayon Qobustan qəsəbəsindən gedir. Qəsəbədə hətta belə bir deyim də var: “Kamazı olmayana qız verilmir”. Bəs burada iri tonnajlı maşınların sayının çox olması nə ilə əlaqədərdir?
Bir vaxtlar şoferlər qəsəbəsi kimi tanınan Qobustanda əvəllər Kamazı, indi isə Şaqmanı olmayana qız verilmir.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Bura bakının təxminən 70 kilometrlik məsafəsində yerləşən Qaradağ rayonunun Qobustan qəsəbəsidir. Qəsəbə sakinlərinin dili ilə desək, “Qobustan qəsəbəsində kamazı olmayana qız da verilmir”.
Bu qəsəbədə sözün əsl mənasında hər həyətdə bir kamaz var. Kamazların sayının həddindən artıq çox olmasını elə qəsəbəyə girişdə və mərkəzi yolda olan təmir qarajlarının sayından da hiss etmək olur.
Qəsəbədə Kamaz sayının çox olmasının səbəbi ilə maraqlandıq. Yerli sakinləri deyir ki, Qaradağ daş karxanalarının əsas məkanıdır. Məhz buna görə də, bu qəsəbədə Kamaz sayı bu qədər çoxdur. Qəsəbə sakinlərinin bir çoxu sürücülük edərək çörək pulunu qazanır.
Digər bir səbəb isə vaxtı ilə bu ərazidə yük avtomobilləri bazasının olmasıdır.
Bu Kamazların əksəriyyəti şəxsidir, bəziləri isə icarə əsasında istifadə edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar