Azərbaycandan ziyarətə yola düşən avtobus: "Karabakh the land of Azerbaijan" - Foto
Bu günlərdə müsəlmanlar müxtəlif ölkələrdən İslam peyğəmbərinin nəvəsi Həzrəti Hüseynin məzarının ziyarətinə yollanırlar.
Minval.info xəbər verir ki, İraqın Kərbəla şəhərinə təşkil edilən səfərlərə Azərbaycanın inanclılar da qoşulub. Yerli zəvvarların daşınmasında xidmət göstərən turizm şirkətlərindən biri maraqlı addımı ilə diqqət çəkib.
Belə ki, yola çıxdıqları avtobusun üzərində Qarabağ uğrunda gedən savaşlarda şəhidlik zirvəsinə ucalan qəhrəman hərçilərin şəkilləri vurulub. Şəklin fonunda isə işğal altında olan Dağlıq Qarabağı əks etdiyən mənzərə yer alıb.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"
Həmçinin nəqliyyat vasitəsinin üzərinə “Karabakh the land of Azerbaijan” (Qarabağ Azərbaycan torpağıdır) sözləri yazılıb.
Xatırladaq ki, ötən il yerli zəvvarlar oxşar addım atmışdılar. Onlar geyimlərinin üzərinə Qarabağ şəhidlərinin rəsmlərini həkk etdirmişdilər.
S.Mirzə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir