Azərbaycandan Türkiyəyə səfər edən turistlərin STATİSTİKASI açıqlandı
2019-cu ilin aprel ayında Azərbaycandan 54,9 min turist Türkiyəyə səfər edib. Trend-in məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,03 azdır.
Minval.info Trend-ə istinadən bildirir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi bu dövrdə ölkəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payının 1,67 faiz olduğunu açıqlayıb.
2019-cu ilin ilk 4 ayında Azərbaycandan Türkiyəyə 213,3 min turist səfər edib ki, bu da ötən ilin həmin dövrü üzrə olan göstəricidən 0,30 faiz çoxdur.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Həmin dövrdə Türkiyəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payı isə 2,44 faiz təşkil edib.
Ümumilikdə isə bu ilin aprel ayında Türkiyəyə 3,293 milyon turist səfər edib. Bu rəqəm ötən ilin apreli ilə müqayisədə 24,01 faiz çoxdur.
2019-cu ilin yanvar-aprel aylarında Türkiyəyə ümumilikdə 8,735 milyon turist səfər edib ki, bu rəqəm ötən ilin eyni dövrü üzrə göstəricidən 12,22 faiz çoxdur.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var