Azərbaycandan tranzitlə aparılan tərəvəz yükündə psixotrop maddə aşkar edilib
Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları psixotrop maddənin ölkənin gömrük sərhədindən qanunsuz olaraq keçirilmə cəhdinin qarşısını alıblar.
Bu barədə Minval.info DGK-ya istinadən xəbər verir.
Belə ki, İran İslam Respublikasından ölkəmizdən tranzit keçməklə Rusiya Federasiyasına “Badımcan” yükü aparan “Volvo” markalı yük avtomobili Astara gömrük postunun idxal yoxlama xəttində saxlanılıb.
Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsinin arxa hissəsində yerləşən yataq yerinin üzərində, şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulan qara rəngli qovluqda gömrük nəzarətindən gizlədilən 1 ədəd xırda bükümdə, ümumi çəkisi 2 qram olan psixotrop maddə – metamfetamin aşkar edilib.
Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
DTX beş ölkədə terror əməliyyatı keçirdi
Bakı və Sumqayıtda yaşıllıqlara ciddi ziyan vuruldu
Ziya Bünyadovda avtobus zolağının vaxtı uzadıldı!
Bakıda ata və qızı kürəkəni qətlə yetirdi