Azərbaycandan Avstraliyaya nota - Səfir XİN-ə çağırıldı
Xarici İşlər Nazirliyi (XİN) Avstraliyanın bəzi rəsmilərinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qanunsuz separatçı rejimin “nümayəndələri” ilə görüşməsinə dair məsələyə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, bununla bağlı XİN-in mətbuat katibi Leyla Abdullayeva KİV-in suallarını cavablandırıb:
“Məlumat verdiyimiz kimi, son günlərdə Avstraliyanın erməni diaspor təşkilatlarının ölkəmizin işğal edilmiş ərazilərindəki separatçı rejimi təşviq edən fəaliyyəti, eləcə də Avstraliyanın erməni mənşəli rəsmisinin bəyanatları ilə bağlı Xarici İşlər Nazirliyi ciddi şəkildə məşğul olaraq bir sıra tədbirlər görüb. Belə ki, ölkəmizin Avstraliya İttifaqındakı müvəqqəti işlər vəkili tərəfindən Avstraliya Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edilib.
Eləcə də Avstraliyanın ölkəmizdəki səfiri ilə Xarici İşlər Naziliyində görüş keçirilərək rəsmi etirazımız Avstraliya səfirinin diqqətinə çatdırılıb. Buna cavab olaraq, Avstraliya XİN-də Azərbaycanın müvəqqəti işlər vəkili ilə keçirilmiş görüş zamanı Avstraliya Federal Hökumətinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı mövqeyinin dəyişməz olduğu bir daha vurğulanıb. Qarşı tərəf qondarma rejimin “nümayəndələri”nin ermənilər tərəfindən təqdim edilən statusunun rəsmi Kanberra tərəfindən tanınmadığını və onların bu səfərinin şəxsi xarakter daşıdığını söyləyib.
Əlavə olaraq, xarici işlər naziri Elmar Məmmədyarov Avstraliyalı həmkarı Maris Peynə rəsmi məktubu ünvanlayıb. Məktubunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq ictimaiyyətin mövqeyinə, o cümlədən BMT TŞ-nin 1993-cü il tarixli 4 qətnaməsi və beynəlxalq təşkilatların çoxsaylı digər qərar və qətnamələrə istinad edən nazir Elmar Məmmədyarov, Avstraliyanın bəzi rəsmilərinin Azərbaycanın hərbi işğal altında olan ərazilərindəki qanunsuz rejimin təşviqinə xidmət edən addımlarının Avstraliya Federal Hökumətinin rəsmi mövqeyi ilə ziddiyyət təşkil etdiyini vurğulayıb və qanunsuz separatçı rejimlərə münasibətdə tanınmış beynəlxalq təcrübəyə uyğun olmayan bu kimi addımların beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik olduğunu həmkarının diqqətinə çatdırıb”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə XİN: Türk əsrini birlikdə və həmrəy şəkildə qururuq
İsraildə ərəblərə seçki vizesi: siyasi balans dəyişir
Azərbaycan Türk dünyasının birliyini möhkəmləndirməyə sadiqdir
Ərdoğan və Gülən ittifaqı: Türkiyənin siyasi tarixində qaranlıq əlaqələr
VACİBYAP-ın İdarə Heyətində dəyişiklik: Vasif Talıbov və digərləri çıxarıldı
Ermənistanda müxalifətçi partiya üzvü seçki rüşvəti ilə bağlı saxlanıldı
Ermənistanın keçmiş prezidentinin köməkçisi saxlanıldı