Azərbaycanda yeni inşa edilən körpü qəzalı vəziyyətə düşdü - FOTO
Tovuzun 3 kəndini rayon mərkəzi ilə birləşdirən Yuxarı Öysüzlü kəndi ərazisindəki körpü yeni inşa edilsə də, sütunlarında problemlər yaranıb. Bu isə sürücüləri və körpüdən istifadə edən sakinləri narahat edir.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, körpü 12 il əvvəl Yuxarı Öysüzlü kəndi ərazisində inşa edilib.
Ağdam, Vahidli və Yuxarı Öysüzlü kəndlərinin sakinləri bu müddət ərzində körpüdən gündəlik istifadə etməkdədirlər.
İndi isə körpü sütununu saxlayan beton lövhələrin altındakı torpaq boşaldığından təhlükə yaranıb. Körpünün özündə hər hansı problem olmasa da, sütunun dibindəki mövcud vəziyyət görənləri istər-istəməz narahat edir.
Məsələ ilə əlaqədar “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, yaxın zamanda körpüdəki problem həll ediləcək.
Qeyd edək ki, körpünün uzunluğu 149 metr, eni 7 metrdir.





Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?