Azərbaycanda yeni avtomobil icad edildi - 100 km-ə 2 litr yandırır

Astaralı gənc bir neçə avtomobilin ehtiyat hissələrindən yararlanaraq qeyri-adi görünüşə malik avtomobil yığıb.
APA TV-nin cənub bürosunun xəbərinə görə, Astara rayonunun Şiyəkəran kənd sakini olan Ceyhun Babayev yükün daşınması üçün nəzərdə tutduğu maşını 6 ay müddətində ərsəyə gətirib.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Bu müddət ərzində 2500 manatdan çox pul sərf olunub. Yeni maşın 100-dən artıq ot bağlamasını götürmək gücünə malikdir. Müasir standartlara cavab verən maşın dizel yanacağı ilə işləyir: “Təsərrüfat yerlərimiz yolsuzluq şəraitində yerləşdiyi üçün belə maşın yığmağa başladım. Əsasən təsərrüfat üçün nəzərdə tutulub. 100 km-ə 2 litr yanacaq yandırır. Uzunluğu 4 metrdir. 5 metrə qədər uzada bilərəm, eni də 1.60 m-dir”.
Ceyhun Babayev maşının hazırlanmasında “VAZ” markalı bir neçə avtomobilin ehtiyat hissələrindən istifadə edib. O, yeni nəqliyyat vasitəsinin elektrik işlərini də özü görüb.
Bu, süjetimizin qəhrəmanının gördüyü ilk belə iş deyil. Ceyhun Babayev bundan əvvəl “Muravey” markalı motosikletin mühərrikinə dəyişiklik edərək onun dizel yanacağı ilə işləməsini təmin edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar