Azərbaycanda vəzifəli şəxslər qəzaya düşdü: yaralılar var (FOTO)
Baləkən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Minval.info “Report”a istinadən xəbər verir ki, qəza Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 145-ci kilometirliyində qeydə alınıb.
Belə ki, Zaqatala rayonunun Bəhmətli kənd sakini, 1978-ci il təvəllüdlü Şamil Ramazan oğlu Xasməmmədov idarə etdiyi “Mercedes” markalı, 10-RE-496 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yolun kənarındakı ağaca çırpılıb.
Hadisə zamanı sürücü Ş.Xasməmmədov və avtomobildə olan sərnişin Elnur Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanada bildirilib ki, E.Məmmədovun xəsarəti yüngül olduğundan ona həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib və evə buraxılıb. Avtomobilin sürcüsü Ş.Xasməmmədovun vəziyyəti isə orta-ağır olaraq qalır.
Qeyd edək ki, Şamil Xasməmmədov Zaqatala rayonunun Bəhmətli kənd icra nümayəndəsi, Elnur Məmmədov isə həmin kəndin bələdiyyə sədridir.
Faktla bağlı araşdırma aparılır.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır
Deputat Sergey Çepikov 59 yaşında vəfat etdi
Şəhidin həyat yoldaşı faciəli şəkildə öldü
Təhlükəli məhsullar bazardan yığışdırılır!