Azərbaycanda tülküyə işgəncə verən şəxs 500 manat cərimələndi

Son günlər vəhşi heyvana qarşı qəddarlıq göstərərək nümayişkəranə surətdə sosial şəbəkədə video görüntüləri yayan şəxsin tapılması məqsədilə Azərbaycan Heyvanların Qorunması Cəmiyyətinin Heyvan Haqları üzrə inzibatçısı Fərid Mansurov tərəfindən aidiyyəti qurumlara müraciət olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Minval.İnfo-ya verilən məlumata görə, müraciət Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Nərimanov rayonu 18-ci polis bölməsinin əməkdaşları tərəfindən tülküyə işgəncə verən şəxslə bağlı araşdırmalara başlanılıb.
Araşdırma zamanı tülkü ilə rəhmsiz davranaraq sosial şəbəkədə görüntüləri yayan şəxsin Bakı şəhəri sakini Akif Həsənov olduğu müəyyən edilib. A.Həsənov hadisəni etiraf edərək səhvini boynuna alıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanun pozucusu inzibati xəta törətdiyinə görə 500 manat məbləğində cərimə olunub və cərimənin ödətdirilməsi təmin edilib.
Təbiətin mühafizəsində şüurlu mövqe nümayiş etdirdiyinə, heyvanlara qayğı ilə yanaşdığına görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Fərid Mansurova təşəkkür olunub
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar