Azərbaycanda trans yağlarla bağlı normativ-hüquqi akt hazırlanır
“Yağ məhsulları ilə əlaqədar hazırda ekspert qrupumuz tərəfindən xüsusi elmi-tədqiqat işi aparılır. Bu yaxınlarda Azərbaycanda trans yağları ilə əlaqədar normativ-hüquqi akt barəsində açıqlama verəcəyik”.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib. Onun sözlərinə görə, bu, idxal və istehsal olunacaq yağların tərkibində trans yağların faizinin tənzimlənməsində böyük əhəmiyyət kəsb edəcək: “Bu, əhalinin sağlamlığı üçün çox vacib məsələdir”.
AQTA sədri bu gün cənub bölgəsində keçirilən reydlə bağlı qurumun yaydığı məlumata da münasibət bildirib: “Cənub bölgəsində 6 istehsal müəssisəsində monitorinq keçirilib. Təəssüflə qeyd etməliyəm ki, istər sanitar-gigiyenik, istər sanitar-texniki vəziyyətinə görə həmin istehsal müəssisələrinin heç biri qüvvədə olan norma və qaydalara uyğun deyil. Eyni zamanda onların nehrə yağı adı altında istehsal etdikləri və kütləvi şəkildə satışa verdikləri məhsullar əslində nehrə yağı deyil. Onların tərkibində kənar qarışıqlar aşkar olunub. Ekspertizaların cavabları məlum olduqdan sonra ictimaiyyətə bu barədə açıqlama verəcəyik”.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var