"İçərişəhərdəki evləri niyə söküb yolu genişləndirmirlər?" - FOTOLAR
Azərbaycanda daha bir tarixi bina sökülür.
Minval.info-nun xəbərinə görə, söküntü işləri bu dəfə Gəncədə aparılır.
Bu barədə şəhər sakinləri məlumat verib. Onların sözlərinə görə, Akademik Həsən Əliyev küçəsində yerləşən tarixi bina sökülür. Ağır texnikalar vasitəsilə tikilinin bir hissəsi artıq uçurulub.
Yerli sakinlər bunu etirazla qarşılayıb və işlərin dayandırılmasını tələb edib.
“Sonra da deyəcəklər Gəncəyə turist gətirin. Xaricilər bizdən fərqli olaraq yemək üçün yox, gəzməyə gəlilər. Onlar tarixi abidə və binalarla maraqlanırlar. Məsələn, Bakıya gələn turistlərin çoxu Şəkini görmək istəyirlər. Səbəbi məlumdur. Gəncəni görmək istəyən nəyə baxacaq? Tarixi binalar mütləq qorunmalıdır” – şəhər sakinlərindən biri belə deyib.
Hətta bəziləri “İçərişəhərdəki evləri niyə söküb yolu genişləndirmirlər?” deyərək görülən işlərə ironik reaksiya veriblər.
Sakinlərin bəziləri binanın üzərində yenidənqurma işlərinin aparıldığını düşünür. Lakin fotolardan görünən odur ki, tarixini binanın bir hissəsi artıq sökülüb.
Xatırladaq ki, Bakının “Sovetski” adlanan ərazisində aparılan təmir-tikinti işləri zamanı bir neçə tarixi bina sökülüb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qasli İtaliya Qran-prisində ilk təsnifat qələbəsini qazandı
Maliyyə Nazirliyinin borclanma strategiyası: Niyə?
Bakıda 'IRONMAN 70.3' triatlon həyəcanı yaşandı
Goranboyda məktəbin sanitar qovşağı dağıdıldı!
Binə Atçılıq Mərkəzində cıdır mövsümü sona çatdı
Bakıda küləkli hava: Sarı və narıncı xəbərdarlıq
Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazandı

