Azərbaycanda sürücüsüz idarə edilə bilən mikroavtobus hazırlanıb - VİDEO
Bakıda keçirilən sərgidə maraqlı nəqliyyat vasitəsi nümayiş edilib.
Mikroavtobus həm sürücü ilə, həm də sürücüsüz idarə edilə bilir.
Yerli istehsal olan bu universal nəqliyyat vasitəsi “Bakutel 2019” Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində nümayiş etdirilir.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"
“VİP taksi” adlandırılan mikroavtobus süni zəka, robot və nəqliyyat vasitəsinin imkanlarını özündə birləşdirir. Nəqliyyat vasitəsi müasir radar, lidar və digər sistemlərlə təchiz edilib. Bunların sayəsində də avtopilot rejimində sürücüsüz hərəkət edə bilir.
Nəqliyyat vasitəsi sürücüsüz hərəkət zamanı yol nişanlarının tələblərinə də əməl edir.
Bu nəqliyyat vasitəsinin daha bir üstünlüyü isə avtomobil yolu ilə yanaşı, dəmir yolunda da hərəkət edə bilməsidir. Dəmir yolunda da avtopilot rejimindən istifadə etmək mümkündür.
Mikroavtobusun bəzi ehtiyat hissələri Avropa və Şərqi Asiya ölkələrindən gətirilib. Nəliyyat vasitəsinin sınaqları uğurlu olub və yaxın vaxtlarda bazara çıxarılacağı gözlənilir.
https://www.youtube.com/watch?v=_aCmzExb6lw&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir