Azərbaycanda "SMS icazə" sistemi bərpa edilə bilər - AÇIQLAMA
Xəbər verdiyimiz kimi 22 noyabrda Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən kəskin artıb. Belə ki, 3169 nəfər koronavirusa yoluxub, 24 nəfər dünyasını dəyişib. Yoluxma dinamikası davam edərsə, bu həftə “sms icazə” sisteminə keçilə bilərmi?
Minval.info xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, həftə sonu sərtləşdirilmənin nəticəsi həftənin ilk günləri görülə bilər:
“Ancaq nəzərə alsaq ki, həftəiçi də dövlət və digər müssisələrdə işçi sayının 30 faizə endirilməsi tövsiyə edilib. Dövlət idarələri bu tövsiyəyə əməl edir. İnanıram ki, digərləri də buna riayət edir. Ən çox insanların toplaşdığı yerlər təhsil müəssisələri idi ki, artıq onlar da bağlıdır. Ancaq bütün yerləri bağlamaq və məhdudlaşdırmaq bir az çətindir. Ona görə də qaydalara əməl etmək lazımdır. Bilirsiniz ki, artıq açıq havada da maska taxmaq məcburidir. Eyni zamanda idarə və müəssisələr qoyulan qaydalara əməl etməlidir.
Bu məsələdə ictimai qınağın olması da vacibdir. Qaldı ki, “sms icazə” və 65 yaşdan yuxarı insanların çölə çıxmasına qadağa qoyulması məsələsinə, yoluxma artma dinamikası davam edərsə, yenidən buna gedilə bilər. İnsanlarımız yenidən bu sistemə keçilməməsi üçün qoyulan qaydalara əməl etməlidir. Əməl edilməsə, tədbiq edilən sərtləşmələr həm iqtisadi və sosial problemlərə yol açır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nazir əmr imzaladı - Qadın sədr rəis təyin olundu
Cadunun təsirindən xəstəlik keçirdim - Nurlana Əliyevadan ŞİKAYƏT
DYP-dən bayram səfərinə hazırlaşan sürücülərə müraciət
Prezident Şəhidlər Xiyabanını ziyarət etdi
Vahid Mustafayevin "Gelandewagen"i qayda pozarkən kameraya düşdü - VİDEO
Bakıda xəstəxanada YANĞIN
Eldar Mahmudovun həbsdəki “qulağı” azadlığa çıxmaq istəyir